Suriyadakı Fələstin qruplaşmalarından silahsızlaşma tələb edilib

2024/12/1734281810.jpg
Oxunub: 550     19:55     15 Dekabr 2024    
Suriyada hakimiyyətdə əsas söz sahibinə çevrilmiş Heyət Təhrir əş-Şam ölkədəki Fələstin qruplaşmalarından silahı yerə qoymağı, təlim düşərgələrini bağlamağı və hərbi birləşmələrini buraxmağı tələb edib.

Ordu.az-ın xəbərinə görə, bu barədə Livanın “Al-Akhbar” qəzeti məlumat yayıb.

Heyət Təhrir Əş-Şam bununla bağlı Dəməşqdə mənzil-qərargahları olan HƏMAS, İslami-Cihad və Fələstin Xalq Azadlığı Cəbhəsini məlumatlandırıb. Bildirilib ki, onlar xeyriyyə təşkilatlarını saxlaya və Suriya dövlətinin himayəsi altında siyasi fəaliyyətlə məşğul ola bilərlər, ancaq onlara Suriya ərazisindən İsarilə qarşı baza və yaxud keçid məntəqəsi kimi istifadəyə icazə verilməyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Fələstin  


Bizi "telegram"da izləyin