Ordu.az-ın məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib. Onun sözlərinə görə, hazırda Türkiyədə Suriyadan olan qaçqınların sayı 2 milyon 938 min nəfəri ötüb, onların əksəriyyəti Hələb vilayətinin keçmiş sakinləridir.
“TRT Haber” telekanalı xəbər verir ki, Hatay vilayətindəki “Cilvegözü”, “Yayladağı” və “Zeytindalı” sərhəd keçid məntəqələrində Suriyaya qayıdan qaçqınlardan ibarət uzun növbələr müşahidə olunur.
Eyni zamanda, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Türkiyənin Dəməşqdəki səfirliyinin 12 ildən sonra yenidən fəaliyyətə başlamasını müsbət qiymətləndirib. “Qarşıdakı dövr Suriya üçün çətin ola bilər, lakin Türkiyə Suriya xalqı ilə çiyin-çiyinə dayanmağa davam edəcək,” - deyə nazir vurğulayıb.
Ordu.az