Ordu.az-ın məlumatına görə, bu barədə "Bild" qəzeti yazıb.
"Biz böyük ərazini mühasirəyə almışıq və indi federal ərazinin Kriminal Polis İdarəsindən partlayıcı qurğunun zərərsizləşdirilməsi üzrə eksperti gözləyirik", - hüquq-mühafizə orqanının rəsmisi “Bild”ə bildirib.
Yarmarkanın yerli vaxtla saat 22:00-da bağlanması nəzərdə tutulsa da, mövcud vəziyyətə görə bir qədər tez bağlanıb. Alıcı və satıcılardan bazar ərazisini tərk etmələri tələb olunub.
Nəşr hələlik əlavə təfərrüatları açıqlamayıb.
Ordu.az