Suriyada yeni hakimiyyətin 15 tərəfdarı öldürülüb

2024/12/1734237892.jpg
Oxunub: 581     00:02     15 Dekabr 2024    
Suriyanın yeni hakimiyyətinin tərəfdarlarından ibarət dəstə Latakiya şəhəri yaxınlığında pusquya düşüb.

Ordu.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Silahlı hücum nəticəsində azı 15 döyüşçü həlak olub.

Qeyd edək ki, Latakiya Dəməşqdən 320 km aralıda yerləşir.

Hücum Mzeira bölgəsində qeydə alınıb, hələlik heç bir qruplaşma əməliyyata görə məsuliyyəti üzərinə götürməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Ölüm  


Bizi "telegram"da izləyin