İsrail Dəməşq yaxınlığındakı hərbi obyektlərə zərbələr endirib

2024/11/1730532847.jpg
Oxunub: 483     23:24     14 Dekabr 2024    
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşq yaxınlığındakı bir neçə hərbi obyektə raket zərbələri endirib.

Ordu.az xəbər verir ki, bu barədə Livanın “Naharnet” xəbər portalı məlumat yayıb.

Nəşrin məlumatına görə İsrail təyyarələri paytaxt Dəməşqin qərbindəki əl-Qələmun dağlıq ərazisində yerləşən Tell Mnin və Khfeir bölgələrində Suriya hərbi obyektlərinə hücum edib.

Hadisə zamanı ölən və yaralananlar barədə məlumat verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin