Hakan Fidan: "Suriyadakı sabitlik bütün dünya üçün əhəmiyyətlidir"

2024/07/1720975084.jpg
Oxunub: 582     20:36     14 Dekabr 2024    
Suriyadakı sabitlik bütün dünya üçün əhəmiyyətlidir.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyada Suriya ilə bağlı keçirilən mətbuat konfransında çıxışında deyib.

O bildirib ki, Suriyanın ərazi bütövlüyü və suverenliyi qorunmalıdır: “Terrorun keçid dövründən sui- istifadə etməsinə imkan verməməliyik. Əvvəlki səhvlərdən dərs çıxarmalıyıq. Qarşıdakı dövr asan olmaya bilər. Amma biz Türkiyə olaraq Suriyanın yanında olacağıq”.

H.Fidanın sözlərinə görə, Suriya xalqı təhlükəsiz və azad yaşamağa layiqdir.

Nazir həmçinin bildirib ki, Türkiyə Suriyada terrorçulara qarşı mübarizəni davam etdirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Suriya  


Bizi "telegram"da izləyin