Ərdoğan: "Suriyada xalq inqilabı baş verdi"

2024/12/1734066382.jpg
Oxunub: 457     17:01     14 Dekabr 2024    
Suriyalılar Türkiyəyə ən səmimi niyyətlərlə təşəkkür ifadə edirlər.

Ordu.az-ın məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Əyalət Konqresindəki nitqi zamanı deyib.

Türkiyə lideri suriyalıların 13 ildən sonra ilk dəfə gələcəklərinə ümid və həyəcanla baxdıqlarını bildirib:

“Amma bəziləri buna dözə bilmir və ağılsız nəzəriyyələr irəli sürürlər. Onlar cəhalət çuxuruna o qədər batıblar ki, burunlarından o tərəfi görə bilmirlər, amma guya Suriyadakı böyük oyunu həll edəcəkdilər”.

Ərdoğan Suriyada, sözün əsl mənasında, xalq inqilabı baş verdiyini ifadə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Suriya  


Bizi "telegram"da izləyin