Kaya Kallas İordaniyada Suriya ilə bağlı müzakirə aparacaq

2024/12/1734181319.jpg
Oxunub: 542     16:50     14 Dekabr 2024    
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İordaniyaya səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Kallas “X” platformasındakı paylaşımında bildirib.

"Bu gün Suriyadakı vəziyyəti xarici işlər nazirləri, Türkiyə, ABŞ və digər tərəfdaşlarla müzakirə etmək üçün İordaniyadayam. Biz Suriyanın vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını qoruyan inklüziv keçidi dəstəkləməyin yollarını araşdıracağıq", deyə o paylaşımında qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   İordaniya   Suriya  


Bizi "telegram"da izləyin