İsrail Ordusu yenidən Suriyada hərbi obyektlərə zərbə endirib

2024/10/1727934310.jpg
Oxunub: 399     13:17     14 Dekabr 2024    
İsrail Ordusu Dəməşqə və onun ətrafındakı hərbi obyektlərə zərbələr endirib

Ordu.az AFP-yə isinadən xəbər verir ki, bu barədə Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) məlumat yayıb.

Hava zərbələri nəticəsində Barzehdəki Elm İnstitutu və hərbi obyektlər məhv edilib, həmçinin paytaxtın ətrafında yerləşən hərbi hava limanı hədəf alınıb. Qalamun bölgəsindəki “Scud ballistik raket anbarları və dağ altındakı tunellər də hədəflər sırasında olub.

Məlumatda bildirilib ki, bir neçə mərhələdən ibarət hücumlar keçmiş Əsəd rejim qüvvələrinin hərbi obyektlərini hədəf alıb, bu da gələcək Suriya Ordusunun qalan imkanlarını məhv etmək məqsədi daşıyır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin