Ordu.az xəbər verir ki, Peru ordusu dekabrın 9-da keçirilən “Ordu Günü” qeyd etmələri zamanı Cənubi Koreyadan alınmış K808 “White Tiger” TTZV-sini nümayiş etdirib.
Paradda Cənubi Koreya və Peru bayraqlarının yer aldığı 3 ədəd K808 “White Tiger” TTZV-si iştirak edib.
Bu ilin may ayında “Hyundai Rotem” və STX 60 milyon dollarlıq müqavilə əsasında Peruya 30 ədəd K808 TTZV-si tədarük etmək üçün seçilib.
Əvvəlcə 30 ədəd üçün nəzərdə tutulan müqavilə Peru Silahlı Qüvvələrinin gələcək ehtiyaclarından asılı olaraq ümumilikdə 120 vasitəyə qədər genişləndirilmək imkanına malikdir.
Sevinc Əliyeva
Ordu.az