ABŞ ordusu Almaniyadakı aviabazada PUA müşahidə edildiyini təsdiqləyib

2024/12/1734165144.jpg
Oxunub: 442     13:31     14 Dekabr 2024    
Dekabrın əvvəlində Almaniyanın Ramşteyn şəhərindəki ABŞ aviabazası üzərində Pilotsuz Uçuş Aparatları (PUA) aşkar edilib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) sözçüsü açıqlamasında bildirib.

“Baza sakinlərə, obyektlərə və ya aktivlərə heç bir təsirə malik olmayıb. Ev sahibi ölkə səlahiyyətliləri ilə birlikdə cəmiyyətin təhlükəsizliyini təmin etmək üçün hava məkanına nəzarət etməyə davam edirik”, - deyə HHQ sözçüsü qeyd edib.

“Reuters” agentliyinə danşan təhlükəsizlik mənbəsi deyib ki, Almaniya rəsmiləri PUA-lardan istifadə edənlərin izinə rast gəlməyiblər, lakin PUA-ların həvəskarlar tərəfindən istifadə edilməsi ehtimalını istisna edirlər.

“Spiegel” nəşri PUA-ların Almaniya silah istehsalçısı “Rheinmetall” və BASF kimyəvi qrupuna aid obyektlər üzərində də göründüyünü bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Almaniya  


Bizi "telegram"da izləyin