Rusiya Suriyadakı bazalarından geri çəkilir

2024/12/1734164915.jpg
Oxunub: 550     12:46     14 Dekabr 2024    
Peyk görüntüləri və Ukrayna kəşfiyyatının təqdim etdiyi məumatlar Moskvanın əsas aviabazasında geri çəkilməyə uyğun gələn bir aktivlik olduğunu göstərir.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Peyk fotoşəkillərinin təhlili və Ukrayna kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiya Bəşər Əsəd rejiminin qəfil süqutundan sonra Suriyadan qüvvələrinin bir hissəsini çıxarır.

“Maxar” və “Planet Labs” tərəfindən çəkilmiş görüntülər “Hmeymim” aviabazasındakı quru platformalarının sayının artdığını, bir neçə böyük nəqliyyat təyyarəsinin gəlişini, Rusiya helikopterlərinin və hava hücumundan müdafiə sistemlərinin söküldüyünü göstərir.

Ukraynanın yüksək rütbəli rəsmisi də hesab edir ki, Moskvanın ölkədən xeyli miqdarda material çıxardığı anlaşılır. Ancaq bu fəaliyyətin qismən və ya tam geri çəkilmənin başlanğıcı olub-olmadığı məlum deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya  


Bizi "telegram"da izləyin