Paşinyan hakimiyyətinin pərdə arxasında nə baş verir? – ANALİZ

2024/12/1734160796.jpg
Oxunub: 1003     16:22     14 Dekabr 2024    
Ermənistanda növbəti hakimiyyətdaxili “dram”, daha doğrusu, tragikomediya var. Paşinyanın partiyasının və fraksiyasının üzvü, deputat Hakob Aslanyan elan etdi ki, partiyanın Hovik Ağazaryana qarşı ədalətsiz münasibətinə görə o, fraksiya üzvlüyünü bir ay müddətinə dayandırır.

Sonra peşman olduğunu bildirdi. Üstəlik, bu müddət ərzində Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mikayel Hayrapetyanla əlaqənin hansısa “skrinşotu” da peyda oldu, burada Aslanyana “peşman olmaq”la bağlı bəyanatın mətninin təqdim edildiyini görmək olar. Axşam saatlarında isə artıq fraksiya üzvlüyünün dayandırılması qərarından peşman olan Hakop Aslanyan fraksiyanın qərarı ilə fraksiyadan uzaqlaşdırıldı.

Bu, tragikomediyadan başqa bir şey deyil, çünki baş verənlər əslində gülməli, komikdir. Lakin bu gülməli hadisə Ermənistanın ətrafında təhlükəsizlik mühitində çoxlu mürəkkəb problemlərin və çağırışların olduğu bir vaxtda baş verir ki, bu da Paşinyan hakimiyyətindən ictimaiyyətə gülməli, komik səhnələr deyil, daxili və xarici problemlərin həlli ilə bağlı məzmun təqdim etməyi tələb edir.

Əvəzində belə bir təəssürat yaranır ki, Ermənistanda hakimiyyət bu hakimiyyətdaxili prosesləri yaratmaqla, cəmiyyəti məharətlə obyektiv gündəmlərdən yayındırır və ya onların diqqətini həmin gündəmlərə yönəltməyə və müvafiq olaraq hakimiyyətdən adekvat davranış, məzmun tələb etməyə imkan vermir. Erməni ctimaiyyətini məşğul edən, geniş istehlak olunan media məhsuluna çevrilən, müzakirə obyektinə çevrilən davamlı səhnələr təqdim edirlər.

Bu, xarici mühitdə, Ermənistan iqtisadiyyatında mövcud olan problemlərlə bağlı hər hansı digər dərin məsələnin müzakirəsindən yayınmağın bəlkə də ən yaxşı yoludur. Əgər Ermınistanda hakimiyyətdaxili proseslər daha ciddi əsasa, motivə və ya səbəbə malikdirsə, bu özlüyündə onu sübut edir ki, daha mürəkkəb problemlər var, bu problemlərlə bağlı erməni ictimaiyyəti idarəedici qüvvədən məsuliyyətli mövqe tələb etməlidir, lakin bunun əvəzinə sonsuz tamaşalar alır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Hakimiyyət  


Bizi "telegram"da izləyin