Tramp ABŞ səmasında naməlum PUA-ları vurmağı təklif edib

2024/12/1734116042.jpg
Oxunub: 336     06:57     14 Dekabr 2024    
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp naməlum pilotsuz uçuş aparatlarının vurulmasını təklif edib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social”dakı hesabında yazıb.

“Ölkənin hər yerində sirli pilotsuz təyyarələr aşkar edilib. Bu, doğrudan da hökumətimizin xəbəri olmadan baş verə bilərmi? Mən belə düşünmürəm! Bunu indi ictimaiyyətə açıqlayın! Əks halda, onları vurun!”, - Tramp qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin