Türkiyənin XİN başçısı Suriyanı müzakirə etmək üçün İordaniyaya səfər edəcək

2024/01/1705899770.jpg
Oxunub: 460     22:12     13 Dekabr 2024    
Dekabrın 14-də Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Cənab nazir 14 dekabr 2024-cü il tarixində İordaniyanın ev sahibliyi ilə təşkil ediləcək Suriya mövzulu iclasda iştirak edəcək”, – mətbuat xidmətinin dərc etdiyi press-relizdə qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Türkiyənin XİN başçısı amerikalı həmkarı Antoni Blinkenlə Suriyadakı vəziyyəti müzakirə etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin