Fransada Makronun istefası tələb edilib

2024/12/1733459046.jpg
Oxunub: 463     20:40     13 Dekabr 2024    
Fransa "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippot Fransa prezidenti Emmanuel Makronun “rejiminin sona çatdığını” elan edib və ona istefa verməyi tövsiyə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə siyasətçi "X" sosial şəbəkə hesabında yazıb.

Filippot qeyd edib ki, dövlət başçısı “NATO-yönlü və Avropayönlü” siyasətçi Fransua Bayrunu Fransa hökumətinin başçısı təyin edib.

“Bayru ultra-Avropapərəst, NATO tərəfdarıdır, koronavirusa qarşı məcburi peyvənd istəyən, poçtla səs vermək istəyən, 45 ilə yaxındır sistemdə olan... Makrona etimadsızlıq səsi verirəm, Makron istefa versin!” – siyasətçi əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa  


Bizi "telegram"da izləyin