Aİ Suriyada yeni hökumətin Rusiya bazalarından imtina edəcəyinə ümid edir

2024/12/1734106719.jpg
Oxunub: 447     20:08     13 Dekabr 2024    
Avropa İttifaqı (Aİ) Suriyanın yeni hökumətinin ölkədə Rusiya hərbi bazalarını saxlamamaqla bağlı qərar verəcəyinə ümidvar olduğunu bildirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

"Yeni hökumət Rusiya bazalarını ləğv etmək qərarına gəlsə, biz bundan məmnun olarıq", - o deyib.

Jurnalistlərin Aİ-nin öz mövqeyini Suriyanın yeni hökumətinə çatdırmaq niyyətində olub-olmadığı barədə sualına diplomat müsbət cavab verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Suriya  


Bizi "telegram"da izləyin