Fransanın müxalifət partiyası hökumətə etimadsızlıq göstərəcək

2024/12/1734097177.jpg
Oxunub: 457     17:36     13 Dekabr 2024    
Solçu "Əyilməz Fransa” partiyası Baş nazir Fransua Bayrunun başçılıq etdiyi yeni hökumətə etimadsızlıq göstərəcəyini elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının lideri Matilda Pano "X" sosial şəbəkəsində yazıb.

Mişel Barnyenin rəhbərlik etdiyi əvvəlki Nazirlər Kabineti məhz etimadsızlıq votumu səbəbindən istefa vermək məcburiyyətində qalmışdı.

"Deputatların iki seçimi olacaq: Fransa Prezidenti Emmanuel Makronu dəstəkləmək və xilas etmək ya da senzura. Biz öz seçimimizi etmişik", - o bildirib.

Qeyd edək ki, Makron mərkəzçi "Demokratik Hərəkat" (MoDem) partiyasının lideri Fransua Bayrunu baş nazir təyin etməyi qərara alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Etimadsızlıq  


Bizi "telegram"da izləyin