KİV: Vaşinqton Ukraynaya silah tədarükünün tempini artırmaq niyyətindədir

2024/04/1714107929.jpg
Oxunub: 403     16:06     13 Dekabr 2024    
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Donald Trampın andiçmə mərasiminə qədər Ukraynaya silah tədarükünün tempini artırmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı Bayden administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

ABŞ yanvarın ortalarına qədər Ukraynaya yüz minlərlə artilleriya mərmisi, minlərlə raket, yüzlərlə zirehli maşın və digər zəruri vasitələr tədarük edəcək.

Söhbət yeni yardım paketindən deyil, Vaşinqtonun əvvəlcədən planlaşdırdığı və Baydenin vəzifədən getməsinə qədər Kiyevə göndərmək istədiyi tədarüklərdən gedir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Ukrayna  


Bizi "telegram"da izləyin