Hakan Fidan:"İŞİD və PKK-nın Suriyada vəziyyətə hakim olmaması Türkiyə üçün prioritetdir"

2024/10/1729502722.jpg
Oxunub: 434     12:49     13 Dekabr 2024    
“Suriyada sabitliyin ən qısa zamanda təmin edilməsi, terrorun özünə yer tapmasının qarşısının alınması, İŞİD və PKK-nın orada vəziyyətə hakim olmaması Türkiyə üçün prioritetdir”.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada ABŞ dövlət katibi Antoni Blinkenlə keçirdiyi görüşün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Blinkenlə görüşü zamanı iki ölkənin Suriyanın gələcəyi üçün nələr edə biləcəyini müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   İŞİD   PKK   Suriya  


Bizi "telegram"da izləyin