Fransanın PUA hesabatı Türkiyə ilə qalmaqala səbəb olub

2024/12/2024--1734078328.jpg
Oxunub: 600     14:23     13 Dekabr 2024    
Fransa Müdafiə Nazirliyinin hazırladığı “Türkiyənin Pilotsuz Uçuş Aparatı (PUA) Sənayesi” hesabatından narahat olan Türkiyə Parisin hesabatı geri götürməsini istəyir.

Ordu.az xəbər verir ki, Fransa Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr və Strategiya Baş İdarəsi (DGRIS) tərəfindən iyul ayında yaradılan, lakin oktyabr ayında ictimaiyyətə açıqlanan 65 səhifəlik “Türkiyənin PUA Sənayesi” hesabatının Paris və Ankara arasında diplomatik gərginliyə səbəb olduğu bildirilib.

Məlumata görə, PUA istehsalında strateji obyektlərin peyk fotoşəkillərinin analizinin ictimaiyyətə açıqlanmasından narahat olan Türkiyə Milli Müdafiə Nazirliyi Fransa səfirliyindən açıqlama və araşdırmanın geri çəkilməsini istəyib.

Bu çərçivədə Fransa səfirliyinin Türkiyə Milli Müdafiə Nazirliyinin tələblərini Parisə çatdırdığı bildirilib.

Diplomat Alisa Rufonun rəhbərlik etdiyi DGRIS rəhbərliyi hələlik dərc olunmuş hesabatı yayımda saxladıqlarını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Türkiyə  


Bizi "telegram"da izləyin