NASA və “SpaceX” səmanın xəritəsini çıxaracaq: Missiyanın tarixi açıqlanıb

2024/12/1734078267.jpg
Oxunub: 504     18:54     13 Dekabr 2024    
NASA və “SpaceX Falcon 9” raketini 2025-ci ilin fevral ayının sonunda “SPHEREx” səmanın xəritəçəkmə missiyası üçün buraxmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, “SPHEREx” kosmik inflyasiyanı, qalaktika işığını və səmanı 3D olaraq çəkərək, sistemin formalaşmasına təkan verən resursları öyrənəcək.

NASA və “SpaceX” 2025-ci ilin fevral ayının sonunda növbəti astrofizika rəsədxanası olan “SPHEREx”i işə salmağı hədəfləyir.

“SPHEREx” Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından “SpaceX Falcon 9” raketi ilə kosmosa buraxılacaq.

Kiçik bir avtomobil ölçüsündə olan “SPHEREx” Yer ətrafında qütb orbitinə daxil olacaq və sanki kürənin içərisini skan edirmiş kimi bütün istiqamətlərdə şəkillər çəkərək, bütün səmanı 3D formatında xəritəsini hazırlayacaq.

Bu xəritə yüz milyonlarla ulduz və qalaktikadan ibarət olacaq və hər biri fərqli dalğa uzunluğunu təmsil edən 102 rəngdə nümayiş etdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA   SpaceX  


Bizi "telegram"da izləyin