“Belarus Buk-2” HHM sistemi üçün yeni zenit-raket kompleksini sınaqdan keçirib

2024/12/1734075625.jpg
Oxunub: 534     12:26     13 Dekabr 2024    
Belarus müdafiə sənayesi “Buk-MB2” hava hücumundan müdafiə sistemi üçün hazırlanmış 9M318 zenit raketinin sınaqlarını başa çatdırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, raket 1960-cı illərdən atış təlimi üçün istifadə edilən Ukrayna sərhədi yaxınlığındakı hərbi sahədə sınaqdan keçirilib.

Məlumata görə, raket sınaqlarının keçirildiyi ərazi hazırda 2024-cü il dekabrın 20-nə qədər qüvvədə qalacaq yeni uçuş məhdudiyyəti zonası altındadır və bütün təyyarələrin 20 kilometrə qədər hündürlükdə uçması qadağandır.

Raket Belarusun TSP Araşdırma və İnkişaf Bürosu tərəfindən hazırlanır və onun ilk sınaqları 2020-ci il devralın 27-də, növbəti sınaq isə 2023-cü ilin martında həyata keçirilib.

Belarusun müdafiə sənayesi nümayəndələri bildirirlər ki, raket kompozit materiallardan istifadə edilməklə hazırlanıb və onun idarəetmə başlığı gizli texnologiyalardan istifadə etməklə hazırlanmış hədəfləri aşkar edə bilir.

Raketin elan edilmiş mənzili 15 metrdən 25 kilometrə qədər yüksəklikdə 70 kilometrdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Buk-2  


Bizi "telegram"da izləyin