KİV: Tramp İrana preventiv aviazərbələrin endirilməsini nəzərdən keçirir

2024/12/1734070926.jpg
Oxunub: 395     10:12     13 Dekabr 2024    
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra İrana preventiv xarakterli aviazərbələrin endirilməsini nəzərdən keçirir.

Ordu.az-ın xəbərinə görə, bu barədə yazı “The Wall Street Journal”da dərc olunub.

Ona yaxın mənbələrin bildirdiyinə görə, bunda məqsəd rəsmi Tehranın nüvə proqramının icrasından çəkindirməkdir.

Başqa bir iddiaya görə isə o, İsrailin yeni nəsil silah-sursatla təmin olunması da Ağ Evin gələcək rəhbərinin müşavirləri ilə müzakirə etdiyi məsələlərdən biridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin