Malayziya üçün “Ada” Sinfinə Məxsus Korvet Layihəsi – ARAŞDIRMA (FOTOLAR)

2024/12/1734068365.jpg
Oxunub: 729     12:38     17 Dekabr 2024    
Ötən il “Littoral Mission Ship Batch-2” [Sahil Mühafizə Gəmisi Qrup-2 (LMSB2)] Layihəsinin təşəbbüskarı olan Malayziya 2024-cü il iyunun 10-da “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” ilə müqavilə imzalamışdı. Ötən gün isə “İstanbul Denizcilik AŞ Tersanesi”ndə inşa ediləcək 3 korvetin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Malayziyanın Ankaradakı səfiri Sazali Bin Mustafa Kamal, Malayziya Kral HDQ komandanı admiral Datuk Zulhelmy Bin İthnain, Malayziya Müdafiə Nazirliyinin baş katibinin müavini Mohd Bakhari Bin İsmayıl və STM Baş direktoru Özgür Güleryüz iştirak ediblər.

Beləliklə, müqavilə çərçivəsində 2024-2027-ci illər arasında STM A.Ş.-nin əsas podratçılığı altında 3 ədəd “Ada” sinfinə məxsus korvet əsasında inşa edilən döyüş gəmisi Türkiyədə istehsal edilərək, Malayziya Kral Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil veriləcək. Daha öncə Türkiyə HDQ üçün 4 ədəd (təhvil verildi) və Ukrayna HDQ üçün 2 ədəd (inşası davam edir) “Ada” sinfinə məxsus korvet inşasının əsas podratçılığını həyata keçirən/keçirmiş STM A.Ş.-nin çox dərin biliyi və təcrübəsi mövcuddur.


Gəminin Türkiyədə inşa edilməsinə əlavə olaraq, ASELSAN, HAVELSAN və ROKETSAN başda olmaqla, bir çox Türkiyə müdafiə sənayesi şirkətinin silah və sistemləri Malayziya korvetlərində olacaq. Gəmi ROKETSAN istehsalı olan “Atmaca” gəmi əleyhinə raketi, ASELSAN istehsalı olan 30 mm-lik “Muhafız” SMASH topu və HAVELSAN istehsalı olan ADVENT Döyüş İdarəetmə Sistemi (DİS) ilə təchiz ediləcək.



Malayziya “Ada” sinfinə məxsus korvetlərin ümumi xüsusiyyətləri:

Uzunluq: 99,56 metr
En: 14,42 metr
Suya oturma dərəcəsi: 3,94 metr
Sürət: 26 düyün maksimum sürət, 14 düyün kreyser sürəti
Subasımı: ~2500 ton
Əsas Hərəkət Sistemi: 4 ədəd dizel mühərriki (CODAD hərəkət sistemi), 2 ədəd şaft, 2 ədəd CPP pəri, 4 ədəd dizel generatoru, 1 ədəd fövqəladə hal generatoru
Mənzil: 14 düyünlə +4000 dəniz mili (km)
Ekipaj: 111 (ekipaj və əlavə heyət üçün ümumi çarpayı)
Təchizatsız Dənizdə Qalma Müddəti: 14 gün
Helikopter: 1 ədəd 10 ton sinfinə məxsus helikopter
Əlavə vasitələr: 1 ədəd 6 metrlik RHIB (Sərt Gövdəli Şişmə Qayıq) və 1 ədəd 7,5 metrlik RHIB
Elektron Sistemlər: ASELSAN tərəfindən istehsal olunan CENK 3D Axtarış Radarı, ARES 2D Suüstü Radar ED sistemi, “Akrep” Atəşi İdarəetmə Radarı, “Chaff” Aldatma Sistemi, Dost-Düşmən Tanıma Sistemi IFF və digər elektron sensorlar - HAVELSAN tərəfindən istehsal edilən Döyüş İdarəetmə Sistemi (DİS) və 76 mm-lik top atəşinə nəzarət sistemi


Malayziya “Ada” sinfinə məxsus korvetlərdə yerləşəcək silah sistemləri:

1 ədəd 76 mm-lik əsas batareya topu
8 ədəd ROKETSAN tərəfindən istehsal olunan “Atmaca” gəmi əleyhinə raketi
16 ədəd şaquli hava hücumundan müdafiə raketi
1 ədəd ASELSAN istehsalı 30 mm-lik SMASH topu
2 ədəd “tələ” buraxılış qurğusu



Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Ada  


Bizi "telegram"da izləyin