Almaniyanın Türkiyəyə silah ixracı rekord həddə çatıb

2024/12/1734067418.jpg
Oxunub: 495     09:11     13 Dekabr 2024    
Almaniya hökuməti 2024-cü il ərzində Türkiyəyə 230,8 milyon avro dəyərində silah ixracını təsdiq edib ki, bu da son 18 ildə ən yüksək göstəricidir.

Ordu.az xəbər verir ki, bu məlumatı DPA agentliyi Almaniya İqtisadiyyat Nazirliyinin Bundestaqın deputatı Sevim Dağdelenin sorğusuna cavabına istinadən yayıb.

Məlumata əsasən, ixrac olunan məhsullar arasında 79,7 milyon avro dəyərində silah və 151,1 milyon avro dəyərində digər hərbi təyinatlı avadanlıqlar yer alır.

Son illərdə Almaniya Türkiyəyə silah ixracını kəskin şəkildə azaldaraq, 2023-cü ildə cəmi 1,22 milyon avro dəyərində 17 kiçik layihə təsdiqləmişdi. Lakin cari rəqəmlər Almaniya hökumətinin son aylarda ixrac siyasətində dəyişiklik etdiyini göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Türkiyə   Silah  


Bizi "telegram"da izləyin