Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.
Kirbi aydınlaşdırıb ki, 72-ci hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, PUA-lar, artilleriya və zirehli texnika daxil olacaq.
Ağ Evin sözçüsü əlavə edib ki, Bayden administrasiyası 2025-ci il yanvarın 20-də səlahiyyət müddəti başa çatana qədər Kiyevə hərbi yardım göstərməyə davam edəcək.
Ordu.az