“Baykar”ın PUA-lara inteqrasiya olunmuş xəritəçəkmə texnologiyası – Peyk görüntülərindən 100 dəfə daha ətraflı? (FOTOLAR)

2024/12/1733984466.jpg
Oxunub: 1333     12:40     07 Yanvar 2025    
“Baykar” Pilotsuz Uçuş Aparatlarından (PUA) alınan görüntüləri xəritələşdirən texnologiyanı açıqlayıb. İxtisaslaşdırılmış kameralar sayəsində peyk görüntüləri ilə müqayisədə 100 dəfə daha yüksək ayırdetmə keyfiyyəti təklif edilir.

“Baykar” İstanbulda keçirilən SAHA EXPO Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisində “Bayraktar” Görüntüləmə Paketini təqdim etdi. Hal-hazırda xəritəçəkmə və müşahidə görüntüləri üçün peyk şəkillərindən istifadə edilir. “Baykar” isə PUA-lara inteqrasiya olunmuş xüsusi kameraların görüntülərindən istifadə edəcək.

Peyk görüntülərinə yeni bir perspektiv gətirən “Baykar” PUA-larla səmadan darama həyata keçirir. Görüntü emal texnologiyaları və qabaqcıl Süni Zəka (SZ) üsullarından istifadə edərək, PUA-dan əldə edilən görüntülər peyk görüntüləri kimi xəritələnir.

Peyk görüntülərindən 100 dəfə daha ətraflı

“Baykar” Görüntüləmə Paketi klassik peyk görüntülərinə nisbətən daha yüksək ayırdetmə keyfiyyətinə malikdir. Peyk görüntülərində insan və ya nəqliyyat vasitəsini ayırd etmək mümkün deyil. “Baykar” Görüntüləmə Paketi hər piksel üçün 1 santimetrdən az ayırdetmə təklif edir. Bu, hətta insanların qar üzərindəki izlərini də görməyə imkan verir. O, peyk görüntülərindən 100 dəfə daha çox detal təqdim edir.


“Baykar” PUA-lara xəritəçəkmə üçün 14 kameradan ibarət Görüntüləmə Paketi adlı avadanlıq quraşdırır. 14 kameradan alınan görüntüləri birləşdirərək, daha ətraflı və daha geniş xəritələşdirməyə imkan verir. PUA-nın öz elektro-optik kameraları ilə müqayisədə çox daha geniş sahədə və daha ətraflı təsvirlər əldə edilir.


Peyk görüntüləri SZ ilə qarışdırılır və müxtəlif xüsusiyyətlər müştəriyə təqdim edilir. Məsələn, avtomobil, gəmi və ya insan kimi seçdiyiniz obyektin müxtəlif nöqtələrində oxşar obyektləri müəyyən edir. Bir ərazidə nə qədər gəmi və tank olduğu kimi məlumatlar əldə edilə bilər. Binalarda, yollarda və tikililərdə dəyişiklik olduqda aşkar edir.

“Baykar Teknoloji”nin SZ proqram təminatı mühəndisi Ali Çamdal sistemin təxminən 4 min kilometrlik bir sahəni (İstanbul böyüklüyündə) avtomobilləri və insanları görə biləcək qədər yüksək ayırdetmə ilə bir gün içərisində xəritələşdirdiyini bildirib:

“Daha sonra qabaqcıl SZ üsullarından istifadə edərək, bu xəritələri təhlil edirik. Biz obyektləri tapmaq, sahələri bölmək və ya istifadəçilərimizin ehtiyac duyduğu müxtəlif SZ üsullarından istifadə etməklə, təhlillər təqdim edirik. Bu sistemlər “Bayraktar TB2” və “Bayraktar Akıncı” ilə istifadə edilə bilər. Tezliklə “Bayraktar TB3” ilə istifadə olunacaq. Sistemimiz 14 kameradan ibarətdir. TB2 və “Bayraktar Akıncı”nın alt hissəsinə montaj edilərək istifadə olunur. Daha sonra müəyyən bir ərazi üzərində uçur və görüntülər çəkir. Daha sonra hazırladığımız tam milli proqram təminatımızla şəkilləri xəritəyə çeviririk”.

Xəritənin yüksək keyfiyyətli olduğunu vurğulayan Çamdal deyib: “Sistemlə hazırda telefonlarda istifadə edilən xərtiələrin çox yüksək ayırdetməsini təmin edirdiniz. Həmin xəritələr klassik peyk təsviri ilə hazırlanır və hər bir qarışdırıcı üçün 30 santimetr ayırdetmə verə bilir. Burada biz bəzi uçuşlarımızda piksel başına təxminən 1 santimetr və hətta 1 santimetrdən də az ayırdetmə təqdim edə bilərik. O, hətta insanların qarda izlərini aşkar etmək imkanı təqdim edir. Sistemin istehsalı 4 il ərzində tamamlanıb. Artıq bu sahədə dəfələrlə istifadə olunub və özünü sübut edib”.


“Bayraktar” Görüntüləmə Paketi Xüsusiyyətləri:

“Bayraktar TB2” və “Akıncı”da istifadə olunub (“Bayraktar TB3”də tezliklə istifadə olunacaq),
Bir neçə saat ərzində minlərlə kilometr ərazini yaddaşa yazır,
Görüntüləri avtomatik olaraq xəritələrə çevirir,
Hər piksel üçün 1 santimetrdən aşağı görüntü ayırdetməsi,
Peykdən 100 dəfə daha ətraflı görüntü əldə edir,
RGB və infraqırmızı görüntüləri ehtiva edir,
15 dəqiqə ərzində PUA-ya quraşdırılır,
1-2 həftəlik təlimdən sonra istifadə edilə bilər,
Binalarda, yollarda və texnogen strukturlarda dəyişiklikləri aşkar edir,
Onlarla obyekti aşkar edir,
Sizi maraqlandıran obyekti vurğulayırsınız və oxşarlarını tapır,
3D görüntüləmə.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baykar   Bayraktar   PUA  


Bizi "telegram"da izləyin