NATO nümayəndəliyi: 2025-ci ildə Ukraynaya əlavə yardım ayrıla bilər

2024/11/1732265073.jpg
Oxunub: 536     16:04     11 Dekabr 2024    
2025-ci ildə NATO Ukraynaya əlavə yardım ayıra bilər.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu NATO-nun Ukraynadakı nümayəndəliyinin rəhbəri Patrik Törner "Ukrayna-NATO 2024: tərəfdaşlığın gücləndirilməsindən təhlükəsizlik yollarının axtarışına doğru" adlı dəyirmi masada bildirib.

Onun sözlərinə görə, bu məsələ gələn ilin fevralında Haaqada alyansın müdafiə nazirlərinin iclasında müzakirə olunacaq.

"Alyansın üzvü olan bir çox ölkələr əlavə yardım vəd edib. Bu, Avropa və ABŞ-dəki müttəfiqlərimizə aiddir", - P.Törner qeyd edib.

O vurğulayıb ki, NATO cari il ərzində 40 milyard avrodan çox yardım göstərəcəyini vəd edib. Birinci yarımildə təxminən 21 milyard avro yardım göstərilib.

"İlin sonuna qədər vəd etdiyimiz bütün vəsaitin ayrılması üçün əlimizdən gələni edirik", - nümayəndəliyin rəhbəri əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna  


Bizi "telegram"da izləyin