Almaniya MBDA “Meteor” uzun mənzilli “hava-hava” raketinin ilk döyüş atışı sınağını uğurla başa vurub

2024/12/2024--1733819057.jpg
Oxunub: 429     12:33     10 Dekabr 2024    
Almaniya Hərbi Hava Qüvvələri (Luftwaffe) “Luftwaffe Eurofighter” döyüş təyyarələrindən MBDA “Meteor” uzun mənzilli “hava-hava” raketinin ilk döyüş atışı sınağını uğurla başa vurub.

Ordu.az xəbər verir ki, Atlantik okeanı üzərində Britaniya hərbi poliqonunda həyata keçirilən sınaqda “Meteor” raketi “Eurofighter Typhoon” vasitəsilə sınaqdan keçirilib.

Almaniya “Eurofighter”ları bu sınaq üçün Şotlandiyadakı RAF “Lossiemouth” bazasından müvəqqəti olaraq havaya qalxıb. Almaniyanın bu miqyasda sınaq aparmaq imkanı olmadığından sınaq üçün Britaniya infrastrukturundan istifadə edilib.

Daha öncə 2021-ci ilin yayında “Meteor” raketi ilə həyata keçirilən uçuş sınaqları yalnız raketin sistem inteqrasiyasını və performansını qiymətləndirib. Bu dəfə real atış icra edilib və raketin əməliyyat imkanları təsdiqlənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   MBDA   Meteor  


Bizi "telegram"da izləyin