“Abrams” tankları Ukrayna qüvvələri tərəfindən geniş istifadə edilmir?

2024/12/2024--1733818998.jpg
Oxunub: 536     14:57     10 Dekabr 2024    
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ABŞ-nin Ukraynaya göndərdiyi “Abrams” tanklarının Ukrayna qüvvələri tərəfindən geniş istifadə edilmədiyini bildirib.

Ordu.az xəbər verir ki, Sallivan ABŞ-də keçirilən Milli Müdafiə Forumu zamanı verdiyi açıqlamada Birləşmiş Ştatların Ukrayna ordusuna verdiyi ABŞ istehsalı “Abrams” tanklarının Ukraynadakı döyüş meydanında düşünüldüyü qədər təsirli olmadığını deyib.

“Biz Ukraynaya “Abrams” tanklarını göndərdik. Bu “Abrams” tank bölmələri həqiqətən zəiflədilib, çünki bu döyüşdə onlar üçün ən faydalı avadanlıq yoxdur”, - deyə o qeyd edib.

Sallivan həmçinin vurğulayıb ki, sözügedən qiymətləndirmə ABŞ ordusunun gəldiyi nəticə ilə tam üst-üstə düşür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrams   Ukrayna  


Bizi "telegram"da izləyin