Ordu.az xəbər verir ki, Kanada Kral HHQ CAE və KF “Aerospace” şirkətləri tərəfindən yaradılan “SkyAlyne” konsorsiumu ilə “FacT” proqramı çərçivəsində 19 ədəd PC-21 ilkin təlim təyyarəsinin alınması üçün müqavilə imzalayıb.
Bu kontekstdə razılaşma noyabrın 28-də elan edilib və konsorsium bu 25 illik təşəbbüs çərçivəsində Kanada Kral HHQ üçün pilot təliminin əsas təminatçısı kimi təyin edilib.
Beləliklə, Kanada Kral HHQ üçün 25 illik pilot hazırlığı həyata keçiriləcək. Bu çərçivədə təlim təyyarələrinin 2026-cı ildə Saskaçevandakı “Moose Jaw” aviabazasında xidmətə daxil olması planlaşdırılır.
“SkyAlyne” rəsmisi Kevin Lemke açıqlamasında PC-21-in effektivliyini və qabaqcıl texnologiyalarını vurğulayıb. O bildirib ki, bu, pilotların təlimdən əməliyyat qabiliyyətli təyyarələrə keçməzdən əvvəl atmalı olduğu mühüm addımdır.
Beləliklə, müqavilə Kanadanın pilot təlim imkanlarını modernləşdirməyi hədəfləyir. Müqaviləyə həmçinin əlavə missiya planlaşdırma, məlumat alma sistemləri və pilot təlim proqramı daxildir.
Sevinc Əliyeva
Ordu.az