Ordu.az xəbər verir ki, Norveç ordusu “Leopard” parkı üçün APS aktiv qoruma sistemini seçdikdən sonra Almaniya “Leopard” 2A8 əsas döyüş tankları üçün eyni qoruma sistemini seçmək qərarına gəlib.
Həmçinin bildirilib ki, “EuroTrophy” qoruma sistemini tədarük etməklə yanaşı, “Trophy”nin Almaniya ordusunun texniki, əməliyyat və logistika çərçivəsinə problemsiz inteqrasiyasını təmin etmək üçün ehtiyat hissələri və lazımi dəstək xidmətləri də təqdim edəcək.
Qeyd edək ki, “Trophy” APS demək olar bütün növ zirehli vasitələri 360 dərəcə qoruma ilə təmin edərək, onların tank əleyhinə təhdidlərə qarşı sağqalma qabiliyyətini artırır.
O, kinetik əks tədbirdən istifadə edərək, daxil olan mərmiləri aşkar etmək və dayandırmaq üçün qabaqcıl texnologiyaya malikdir.
“Rafael” bu yaxınlarda “Trophy” APS-ni hava hücumundan müdafiə imkanlarına uyğun olaraq təkmilləşdirib.
Sevinc Əliyeva
Ordu.az