Ordu.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi yeni strategiyanın təfərrüatları haqqında ətraflı məlumat verməsə də, ortaya çıxan PUA təhlükələrinə qarşı bir model hazırladığını açıqlayıb.
Strategiya, həmçinin PUA-lara qarşı həllərin sürətli və geniş miqyasda tətbiqini təmin etmək üçün müttəfiqlər və sənaye tərəfdaşları ilə daha güclü əməkdaşlığı nəzərdə tutur.
Plana əsasən, ABŞ Müdafiə Nazirliyi antidron imkanlarını gələcək qüvvə dizayn və təşəbbüslərinə inteqrasiya etməyi hədəfləyir.
Pentaqon yeni strategiya çərçivəsində ordu nəzdində Orta-Kiçik PUA-larla Mübarizə Ofisinin yaradılması və “Replicator 2” proqramının işə salınması kimi PUA əleyhinə mühüm təşəbbüslər həyata keçirəcək.
Sevinc Əliyeva
Ordu.az