Ordu.az xəbər verir ki, “Embraer” Braziliya Hərbi Hava Qüvvələri (HHQ) ilə ilk müqaviləni imzalayıb.
Müqaviləyə əsasən, “Embraer” və Braziliya HHQ Dəniz Patruluna yönəlmiş Kəşfiyyat, Müşahidə və Aşkarlama (ISR) missiyaları üçün C-390 “Millenium” platformasının imkanlarını genişləndirəcək.
Bundan əlavə, layihəyə dəniz patrul missiyaları üçün təyyarənin modifikasiya edilmiş modeli də daxil edilib.
Bu addımla təyyarənin yük hissəsi yenidən dizayn ediləcək. Kabinədə operatorlar sensorlar tərəfindən alınan məlumatları qiymətləndirəcəklər. Bundan əlavə, qanadda və gövdədə müxtəlif podlar və sistemlər daşına biləcək.
Sevinc Əliyeva
Ordu.az