İsrail ordusu "Hizbullah" döyüşçülərinə zərbələr endirib

2024/11/1730522114.jpg
Oxunub: 563     20:25     30 Noyabr 2024    
İsrail ordusu şənbə günü ərzində Livanda atəşkəs razılaşmasını pozan "Hizbullah" hərəkatının döyüşçülərinə qarşı bir neçə zərbə endirib.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail ordusu "Telegram" kanalında bildirib.

"Ordu gün ərzində İsrailin təhlükəsizliyini təhdid edən və atəşkəs razılaşmalarını pozan hallarda tədbirlər görüb", - deyə qeyd olunub.

Xüsusilə də İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" döyüşçülərinin silah daşıdığı avtomobilə hücum edib. İsrail hərbi komandanlığının məlumatına əsasən, daha bir zərbə Livan-İsrail sərhədinə yaxınlaşan bir qrup silahlı şəxsə dəyib. Üçüncü hava zərbəsi Livanın cənubunda raket buraxılış qurğularının olduğu əraziyə endirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin