Serbiya nüvə müharibəsi təhlükəsi ilə əlaqədar sığınacaqlar tikməyə hazırlaşır

2024/11/1732976945.jpg
Oxunub: 512     17:49     30 Noyabr 2024    
Serbiya nüvə müharibəsi olacağı təqdirdə əhali üçün bomba sığınacaqları hazırlamağa başlayacaq.

Ordu.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Vuçiç yerli Pink telekanalına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, müvafiq qurumlardan aldığı hesabatlara görə, nüvə, yaxud atom hücumları olacağı təqdirdə vətəndaşların istifadə edə biləcəkləri sığınacaqların sayı çox azdır və bununla bağlı mühüm işlər görülməlidir.

Ukrayna və Rusiyada vəziyyətin gərginləşməsinə gəlincə, Vuçiç bildirib ki, vəziyyət getdikcə daha çox nəzarətdən çıxa bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Nüvə-müharibəsi  


Bizi "telegram"da izləyin