Suriyanın hökumət qüvvələri qoşunların Hələbdən çıxarıldığını elan edib

2024/11/1732956368.jpg
Oxunub: 385     15:46     30 Noyabr 2024    
Suriyanın hökumət qüvvələri qoşunların Hələbdən müvəqqəti çıxarıldığını elan edib.

Bu barədə Ordu.az “Reuters”ə istinadən xəbər verir.

Hərbçilər bildiriblər ki, geri çəkilmə əks-hücuma başlamaq üçün əlavə qüvvələr gəlməmişdən əvvəl yenidən qruplaşmaq səylərinin bir hissəsidir.

Onlar həmçinin əlavə edib ki, son bir neçə gündə Hələb və İdlibdə üsyançılarla şiddətli döyüşlər zamanı onlarla əsgər ölüb və ya yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Hələb  


Bizi "telegram"da izləyin