İraq Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir

2024/11/1732957710.jpg
Oxunub: 401     15:36     30 Noyabr 2024    
İraq Suriyada münaqişənin şiddətlənməsi fonunda bu ölkə ilə sərhədində təhlükəsizliyi gücləndirir.

Ordu.az xəbər verir ki, bu barədə İraq Sərhəd Qoşunlarının komandanı Məhəmməd Əbdülvahab əl-Suaydi INA xəbər agentliyinə bildirib.

“Suriya ilə sərhədi möhkəmləndirmək üzrə işlər apardıq və orada ən yaxşı bölmələri yerləşdirdik. Sərhədlərimiz təhlükəsizdir, onların pozulması ehtimalı istisnadır”, - əl-Suaydi deyib.

Daha əvvəl İraqın müdafiə naziri Sabit Abbasi də İraq ordusunun ölkənin sərhədlərini və hava məkanını istənilən təhlükədən qorumağa hazır olduğunu vurğulamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İraq  


Bizi "telegram"da izləyin