İsrail ordusu Suriyanın Livanla sərhədindəki hərbi obyektlərə zərbələr endirib

2024/10/1727934310.jpg
Oxunub: 472     13:20     30 Noyabr 2024    
İsrail Hərbi Hava Qüvvələri Suriya ərazisinə zərbələr endirib, Livanın “Hizbullah” hərəkatı ilə əlaqəli hərbi obyektləri hədəfə alıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri Suriya və Livan arasındakı sərhəd-keçid məntəqələrinin yaxınlığında yerləşən və “Hizbullah” tərəfindən Suriyadan Livana silah qaçaqmalçılığı üçün fəal şəkildə istifadə edilən hərbi infrastruktura kəşfiyyat xarakterli zərbələr endirib”, - bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya   Livan  


Bizi "telegram"da izləyin