Ordu.az xəbər verir ki, “Forbes” nəşri Türkiyə HHQ-nin modernləşdirilməsini müzakirə edib.
“Forbes”də dərc olunan yeni məqaləyə görə, Türkiyə öz hava qüvvələrini yerli və beynəlxalq modellər də daxil olmaqla, qabaqcıl döyüş təyyarələrinin qarışığı ilə modernləşdirmək və diversifikasiya etmək üçün iddialı addımlar atır.
Qeyd edilir ki, Türkiyə 4.5 və 5-ci nəsil 4 növdə döyüş təyyarələrindən istifadə etməyi hədəfləyir.
Bildirilir ki, həmin döyüş təyyarələri bunlardır: yerli stels tipli döyüş təyyarəsi “Kaan”, ABŞ istehsalı olan F-35-lər və F-16 “Blok 70”lər, “Eurofighter Typhoon”.
“Türkiyənin ilk stels tipli döyüş təyyarəsi olan “Kaan” inkişaf etdirilmə mərhələsindədir. O, əvvəlcə “General Electric” F110 mühərriklərindən (F-16 kimi) istifadə edəcək, sonra yerli istehsal olan mühərrikə keçəcək. Beşinci nəsil mühərrik olmadan “Kaan” Cənubi Koreyanın KF-21 “Boramae” təyyarəsinə bənzər şəkildə “4.75 nəsil” qırıcı kimi təsnif edilə bilər”, - deyə müəllif vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az