Çad Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ləğv edib

2024/11/1732950235.jpg
Oxunub: 574     15:03     30 Noyabr 2024    
Çad hökuməti verdiyi açıqlamada Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini dayandırdığını və bunun fransız qoşunlarının Mərkəzi Afrika ölkəsini tərk etməsinə səbəb ola biləcəyini bildirib.

Ordu.az xəbər verir ki, Çad Xarici İşlər Nazirliyindən verilən açıqlamada bölgədəki güclərə qarşı mübarizədə Qərbin əsas müttəfiqi olan ölkənin 60 ili aşan müstəqilliyinin ardından öz suverenliyini tam şəkildə bərqərar etmək istədiyi bildirilib.

Nazirlik qeyd edib ki, 2019-cu ildə yenidən işlənmiş müdafiə sahəsində əməkdaşlıq müqaviləsinə xitam vermək qərarı ona strateji tərəfdaşlıqlarını yenidən müəyyənləşdirməyə imkan verəcək.

Keçmişdə Qərb ölkələrinin hərbi qüvvələri ilə sıx əməkdaşlıq edən Çad son illərdə Rusiya ilə yaxınlaşıb.

Bu qərar Fransanın tarixi müdafiə əməkdaşlığı müqaviləsinin tabutuna daha bir mismar olub.

Fransa hərbi çevrilişlərin ardından Mali, Niger və Burkina-Fasodan qoşunlarını çıxarmaq məcburiyyətində qaldıqdan sonra Qərbi və Mərkəzi Afrikadakı müstəmləkə rolunu itirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Çad  


Bizi "telegram"da izləyin