Almaniya HDQ “BlueWhale” İDP-sini sınaqdan keçirib

2024/11/1732945770.jpg
Oxunub: 498     15:14     30 Noyabr 2024    
Almaniya Hərbi Dəniz Qüvvələri (HDQ) “Israel Aerospace Industries” (IAI) tərəfindən hazırlanmış “BlueWhale” ekstra böyük İnsansız Dəniz Platformasının (İDP) 2 həftəlik sınaq prosesini uğurla başa çatdırıb.

Ordu.az xəbər verir ki, bu sınaqlar Baltik dənizində Dəniz Əməliyyat Eksperimentləri (OPEX) çərçivəsində həyata keçirilib.

Baltik dənizi Almaniyanın bu yaxınlarda dəniz təhlükəsizliyi və NATO komandanlıq mərkəzi üçün investisiyalar qoyduğu strateji regiondur.

NATO-nun Əməliyyatlar üzrə Mükəmməllik Mərkəzi “BlueWhale”in Baltik dənizindəki sualtı mühitə inteqrasiya olunmuş şəkildə situasiya məlumatlılığı təmin etməsinə imkan yaradıb.

İDP ilk dəfə 2023-cü ildə keçirilən UDT tədbirində təqdim edilib və Almaniya HDQ tərəfindən həyata keçirilən sınaqlarda Bundesver Gəmiləri və Dəniz Silahları Texniki Mərkəzinin (WTD 71) standartlarına uyğun olaraq qiymətləndirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   HDQ   BlueWhale  


Bizi "telegram"da izləyin