Ordu.az xəbər verir ki, süni zəkaya əsaslanan kibertəhlükəsizlik şirkəti olan “IronNet” və antidron texnologiyaları sahəsində lider olan “Asterion Systems” İran istehsalı olan “Shahed” kimi kamikadze PUA-larını zərərsizləşdirə biləcək bir platforma hazırlamaq üçün əməkdaşlıq etdiklərini açıqlayıblar.
Məlumata görə, tamamilə elektrik hərəkət sistemindən istifadə edən platforma “Patriot” kimi ənənəvi hava hücumundan müdafiə sistemləri ilə müqayisədə daha aşağı əməliyyat və texniki xidmət xərcləri təklif edir.
“Hitchhiker” düşmən PUA-larına qarşı mübarizə aparmaqdan əlavə, hava təhlükələrini aşkar edə, təsnif edə və izləyə, beləliklə, döyüş meydanında məlumatlılığı artıra bilər.
Qeyd edək ki, Ukraynadakı müharibə getdikcə daha çox PUA müharibəsinə çevrilib, hər iki tərəf kəşfiyyat, hücum və müşahidə üçün PUA-lara çox etibar edir.
Sevinc Əliyeva
Ordu.az