Almaniyanın yeni 4×4 zirehli vasitəsi “Panzerjager” ilk dəfə görüntülənib

2024/11/1732945104.jpg
Oxunub: 570     15:01     30 Noyabr 2024    
“Rheinmetall” şirkətinin yeni “Panzerjager” 4×4 zirehli vasitəsinin prototipi ilk dəfə görüntülənib.

Ordu.az xəbər verir ki, zirehli vasitə prototip kimi iyunun sonunda Fransada keçirilən “Eurosatory 2024” sərgisində nümayiş etdirilib.

Məlumata görə, “Panzerjager” istəyə bağlı olaraq 4×4, 6×6 və 8×8 təkərli şassilərdə istehsal oluna bilər və “Rheinmetall” müştərilərə vasitəni tırtıllı şassiyə yerləşdirmə variantını təklif edir.

Vasitə teleskopik dirəyə quraşdırılmış EOS500 elektro-optik sistemi də daxil olmaqla, inteqrasiya edilmiş kəşfiyyat avadanlığına malikdir. Optik sistem 11 kilometrdən çox hədəf aşkarlama mənzili ilə birbaşa vizual nəzarəti təmin edir.

Zirehli vasitə 8 kilometrə qədər məsafədə kəşfiyyat apara bilən 3 ədəd “Recce S” pilotsuz uçuş aparatı daşıyır. “Panzerjager” ümumilikdə 4 bölmə sursat tutumuna malik 2 ədəd “Spike” LR2 tank əleyhinə raket buraxılış qurğusu ilə silahlana bilər.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Panzerjager  


Bizi "telegram"da izləyin