Bloomberg: Trüdo Tramp ilə görüşmək üçün Floridaya gedib

2024/11/1732941882.jpg
Oxunub: 526     09:08     30 Noyabr 2024    
Kanadanın baş naziri Castin Trüdo ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşmək üçün Floridaya gedib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Castin Trüdo cümə günü axşam saatlarında Trampın iqamətgahının yerləşdiyi Palm-Biçə uçub. Kanadanın baş nazirinin cümə günü ABŞ-ın yeni seçilmiş prezidentilə danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 25-də Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlayıb.

Meksika prezidenti Klaudiya Şeynbaum Trampa cavab rüsumları tətbiq edəcəyini vəd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Trüdo   Tramp  


Bizi "telegram"da izləyin