Almaniya Polşaya “Patriot” HHM sistemlərinin yenidən yerləşdirilməsini təklif edib

2024/11/1732871189.jpg
Oxunub: 428     17:00     30 Noyabr 2024    
Almaniya yeni ilin əvvəlində NATO müttəfiqi Polşaya “Patriot” hava hücumundan müdafiə sistemlərini yenidən yerləşdirməyi təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Nazirlikdən verilən açıqlamada bölmələrin 6 aya qədər yerləşdirilə biləcəyi bildirilib.

“Bu sayədə biz Polşada materialların Ukraynaya daşınması üçün mərkəzi əhəmiyyət kəsb edən logistika mərkəzi saxlayacağıq”, - deyə Almaniyanın müdafiə naziri Boris Pistorus qeyd edib.

Onun polşalı həmkarı Vladislav Kosinyak-Kamış “X” sosial media platformasındakı paylaşımında Varşavanın qərarını alqışladığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Polşa   Patriot  


Bizi "telegram"da izləyin