Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

2024/11/1730954173.jpg
Oxunub: 439     16:01     25 Noyabr 2024    
Böyük Britaniya "Alfastraxovaniye", "Sığorta evi VSK" və 30 Rusiya neft tankerinə qarşı sanksiyalar tətbiq edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan yenilənmiş “qara siyahı”da qeyd olunub.

Britaniya hökuməti "Alfastraxovaniye" və "Sığorta evi VSK"nın sanksiya siyahısına daxil edilməsini bu şirkətlərin guya Rusiya hökumətinin strateji əhəmiyyətli sektorunda biznes aparmaqla ölkə hökumətini dəstəkləməkdən fayda əldə etməsi ilə əsaslandırıb.

Gəmilərə gəldikdə isə, məhdudiyyətlərin tətbiqinə əsas kimi onların Ukraynanın destabilizasiyasına, onun ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin pozulmasına səbəb olan fəaliyyətdə güman edilən iştirakı və s. göstərilib.

Sənəddə qeyd olunub ki, sanksiyalara məruz qalan gəmilər Rusiyadan üçüncü ölkələrə neft və ya neft məhsullarının daşınması üçün istifadə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiya  


Bizi "telegram"da izləyin