Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər

2024/11/1732338977.jpg
Oxunub: 443     15:56     25 Noyabr 2024    
Rusiya Asiyada orta və qısa mənzilli raketlərin yerləşdirilməsi imkanını nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, əgər ABŞ raketləri Asiyada görünsə, Rusiya orta və daha qısa mənzilli raketlərin həmin regionda yerləşdirilməsi istisna etmir.

Ryabkov qeyd edib ki, “Oreşnik” sistemlərinin yerləşdirilməsi üçün heç bir hüquqi məhdudiyyət yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin