Noyabrın 15-də Ermənistan və Fransa xarici işlər nazirləri arasında telefon danışığı olub. Bundan bir neçə gün sonra Hovhannisyanın Parisə səfəri bu səfər zamanı əldə edilən hər hansı razılaşma ilə bağlıdırmı? Qeyd edək ki, Fransada Avropa məsələləri üzrə nazir faktiki olaraq xarici işlər nazirinin müavini statusuna malikdir. Xarici işlər nazirlərinin telefon danışığından bir neçə gün sonra İrəvan və Paris nazir müavinləri səviyyəsində nələri müzakirə ediblər?
Üstəlik, Parislə müzakirənin Avropa məsələləri üzrə nazir müavini ilə olması da diqqət çəkir. Bu onu deməyə əsas verir ki, mövzu Avropa məsələlərindən, yəni Avropa İttifaqı (Aİ) ilə bağlı gündəmə aid olub. Burada Ermənistanın bu gün bəlkə də diqqəti cəlb edən 2 mövzusu var: vizaların liberallaşdırılması ilə bağlı danışıqlar və Aİ-nin “müşahidə missiyası”nın statusu.
Vizaların liberallaşdırılması ilə bağlı danışıqlar, əlbəttə, uzunmüddətli məsələdir. Aİ-nin “müşahidə missiyası”nın statusu isə daha operativ xarakterli məsələdir, çünki “missiya”nın Ermənistanda yerləşmə müddəti bu ilin dekabrında başa çatır, ona görə də qərar qəbul etmək üçün vaxt azdır. Hər halda məsələ ilə bağlı İrəvanda dəqiqliyin olmaması, ən azından hələlik açıqlamaların kifayət qədər az olması yəqin ki, aradan qaldırmaq üçün çalışdıqları problemlərin mövcudluğundan xəbər verir.
Əlbəttə, məsələ çoxdan məlumdur. Azərbaycan Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası prosesinin başlanmasının Aİ müşahidəçilərinin sərhəddə olmasını lüzumsuz etməsi tələbini irəli sürür. Təbii ki, burada həm nəinki Aİ ilə, həmçinin “müşahidəçi”lərin yerləşdirilməsindən mütəmadi olaraq narazılığını bildirən Rusiya, həm də narahatlığını ifadə edən İranla əlaqədar məsələlər də yer alır.
Lakin bu, minimumdur. Üstəlik, burada başqa bir incə hal da var. Bir neçə həftə əvvəl rəsmi Bakı NATO-nun beynəlxalq hərbi qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, Aİ müşahidəçiləri etimadsızlıq yaradırlar, çünki onların tərkibində Fransa da var.
Azərbaycanın bu bəyanatı NATO nümayəndə heyətinə, NATO generalına imkan verir ki, ən azından Bakının Aİ “müşahidə missiyası”nın etibarlılığı üçün Türkiyənin iştirakına dair məsələ qaldırması variantını nəzərdən keçirsin. Xüsusilə qeyd edək ki, İrəvan və Brüssel arasında razılaşma Aİ-yə ittifaq üzvü olmayan bir dövləti də cəlb etməyə imkan verir. Bu baxımdan, mümkündür ki, İrəvan və Paris nazir müavinləri səviyyəsində məhz bu məsələni müzakirə edib, təxribat xarakterli fəaliyyətlərdə birgə hərəkət etmək barədə qərar veriblər.
Aqil Məmmədov
Ordu.az